"Samur" gömrük postunda yük maşınlarının sıxlığı müşahidə olunur


Digərləri 05 Noy 2019 14:23:00 199 0

"Samur" gömrük postunda yük maşınlarının sıxlığı müşahidə olunur

Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.

Bakı. Son iki gün ərzində ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunda yük nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, problemin yaranmasına səbəb Rusiya Federasiyası tərəfində yerləşən gömrük-keçid məntəqəsində inşaat işlərinin aparılması, mövsümlə əlaqədar yükdaşımaların həcminin artması, hava şəraiti ilə əlaqədar Gürcüstanla Rusiya arasındakı gömrük-keçid məntəqəsindən yük nəqliyyat vasitələrinin buraxılmaması və bu marşrutdan istifadə edən nəqliyyat vasitələrinin alternativ yol kimi Azərbaycan ərazisindən istifadə etməsidir. Qeyd edək ki, hazırda "Samur" gömrük postunun ixrac nəzarət xətti ilə avtomobillərin yola salınmasında heç bir problem yoxdur və hazırda gün ərzində qarşı tərəfin buraxılış potensialına uyğun olaraq 250-yə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Dövlət Gömrük Komitəsinin aidiyyəti strukturları sərhədkeçmə proseslərinin sürətləndirilməsi məqsədilə Rusiya tərəfi ilə müntəzəm danşıqlar aparır. (adsgarden = window.adsgarden || []).push({}); Xatırladaq ki, sərnişinlərin, yüngül minik vasitələrinin sərhədkeçmə prosesində və idxal gömrük nəzarəti xəttinin fəaliyyətindəhər hansı problem yoxdur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin