Bağdadinin bacısının həbsi ilə bağlı


Dünya 05 Noy 2019 13:55:00 200 0

Bağdadinin bacısının həbsi ilə bağlı

İŞİD terror təşkilatının öldürülmüş lideri Əbubəkr əl-Bağdadinin bacısı Rəsmiyyə Avadın həbs xəbəri təsdiqlənib. 

Son.az APA-ya istinadən xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun "Twitter"də bildirib ki, dünən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Əbubəkr əl-Bağdadinin bacısı Rəsmiyyə Avad həbs edilib.  

"Türkiyənin terrorla mübarizəsi davam etməkdədir. Əbubəkr əl-Bağdadinin bacısının həbsi Türkiyənin terrorla mübarizə sahəsində qazandığı uğurlu nümunələrindən biridir. Terrorun hər növü ilə mübarizədə başı bəlalar çəkən ölkəmiz İŞİD-lə mübarizədə qərarlı və qətiyyətlidir", - Fəxrəddin Altun vurğulayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında Əbubəkr əl-Bağdadinin bacısını saxlaması barədə xəbərlər yayılıb.