2020ci ildə manatın məzənnəsi necə olacaq?


Digərləri 05 Noy 2019 13:56:47 195 0

2020ci ildə manatın məzənnəsi necə olacaq?

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov 2020-ci ildə manatın məzənnəsinə aydınlıq gətirib.

Son.az Trend-ə istinadən xəbər verir ki, E.Rüstəmov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, 2020-ci ildə qarşımızda duran başlıca vəzifə makroiqtisadi sabitliyin təmin olunmasıdır.

O qeyd edib ki, növbəti ildə də qiymət sabitliyi və manatın məzənnəsinin dayanıqlılığı diqqət mərkəzində olacaq: "Artıq üçüncü ildir ki, manatın xarici valyutaya nisbəti sabitdir".