DTX və polis əməliyyat keçirdi - Əcnəbi vətəndaş oğurluq üstə yaxalandı


Digərləri 05 Noy 2019 13:47:00 247 0

DTX və polis əməliyyat keçirdi - Əcnəbi vətəndaş oğurluq üstə yaxalandı

Noyabrın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisində “Mercedes” markalı avtomobildən pul oğurlanması barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olub.

Bakı. Samir Əli - Noyabrın 2-nə keçən gecə paytaxtın Nizami rayonu ərazisində “Mercedes” markalı avtomobildən pul oğurlanması barədə 25-ci Polis Şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, Q.Qarayev prospektində avtomobildən şüşəni sındırmaq yolu ilə 3645 manatın oğurlandığı müəyyən edilib. Nizami RPİ 25-ci Polis Şöbəsi və Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əcnəbi vətəndaş, əvvəllər məhkum olunmuş M.Əhmədov Şıxlı keçid məntəqəsində saxlanılıb. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin