Vilayət Eyvazovdan yeni


Digərləri 05 Noy 2019 13:20:00 247 0

Vilayət Eyvazovdan yeni

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq əmri Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovniki Nəzər Əsgərov Sumqayıt Şəhər Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, bu vəzifəni bundan əvvəl polis polkovniki Hikmət Qasımov yerinə yetirirdi. O, Mingəçevir Şəhər Polis Şöbəsinə rəisi təyin edilib.