Azərbaycan Şərq tərəfdaşlığının 10 illik yubileyinə həsr olunmuş tədbirdə təmsil olunacaq


Digərləri 05 Noy 2019 13:27:00 236 0

Azərbaycan Şərq tərəfdaşlığının 10  illik yubileyinə həsr olunmuş tədbirdə təmsil olunacaq

Milli Məclisin deputatları Sahibə Qafarova və Asim Mollazadə Şərq tərəfdaşlığının 10 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün noyabrın 4-də İsveçin Stokholm şəhərinə səfərə gedəcəklər.

Bakı. Elçin Mehdiyev – Milli Məclisin deputatları Sahibə Qafarova və Asim Mollazadə Şərq tərəfdaşlığının 10 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək üçün noyabrın 4-də İsveçin Stokholm şəhərinə səfərə gedəcəklər. Trend-in məlumatına görə, səfər çərçivəsində millət vəkilləri “Parlamentlərin rolu və deputatlar, dialoq və plüralizm”, “Şərq Tərəfdaşlığının 10-cu ildönümü” adlı panel iclaslarda içtirak edəcək, müzakirəyə çıxarılacaq məsələlərə öz münasibətlərini bildirəcəklər. Səfər noyabrın 7-də başa çatacaq. Qeyd edək ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da Şərq tərəfdaşlığının 10 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin