Bakı Ali Neft Məktəbindən innovasiya: Azərbaycanda ilk dəfə robotlar biznes təhsildə tətbiq olunub FOTO


Digərləri 05 Noy 2019 13:11:00 55 0

Bakı Ali Neft Məktəbindən innovasiya: Azərbaycanda ilk dəfə robotlar biznes təhsildə tətbiq olunub  FOTO

Bakı Ali Neft Məktəbinin (BANM) Cenevrə Biznes Məktəbi (GBS) ilə birgə həyata keçirdiyi Neft və Qaz Menecmenti üzrə MBA proqramı çərçivəsində Azərbaycanda ilk dəfə "Dizayn təfəkkürü" dərsində robotlardan istifadə edilib.  Bakı Ali Neft Məktəbində "Dizayn təfəkkürü" dərsini tədris edən Rüfət Əzizov bu cür dərslərin Azərbaycanda ilk dəfə Bakı Ali Neft Məktəbində keçildiyini vurğulayıb. O, dizayn təfəkkürünün 5 mərhələdən ibarət olduğunu bildirib:  I mərhələdə hər hansı bir problemin həlli istiqamətində qət edilən yol müəyyənləşir. Bu zaman müştərini tanımaq və onun istəklərini nəzərə almaq lazımdır;

Bu xəbəri də oxu: Ağstafada mərmi tapılıb FOTO

II mərhələdə toplanmış məlumatlar əsasında problemin nədən ibarət olduğu müəyyənləşir;   III mərhələdə problem üçün süzgəcdən keçmiş ideyalar və real həll yolları toplanılır;   IV mərhələdə süzgəcdən keçirilmiş ideyalar əsasında prototiplər hazırlanır;   V mərhələdə prototiplər testdən keçirilir.

Rüfət Əzizov dərs çərçivəsində tələbələr üçün bir neçə praktiki biznes-keys barədə fikirlərini bölüşüb. "Apple", "Amazon", "BP", "P&G", "Starbucks", "Toyota", "Facebook", "McDonald`s", "Sinqapur Hava Yolları" kimi şirkətlərdə innovasiyaların yaranması, dizayn təfəkkürünün tətbiqi yolları və dizayn təfəkkürü sayəsində şirkətlərin necə inkişaf etməsi barədə tələbələrlə birgə analiz və müzakirələr aparılıb. Dərsin sonunda tələbələr robotlar vasitəsilə praktiki biznes oyun keçiriblər. Tapşırığa əsasən, tələbələr zəlzələ zamanı dağıntılar altında qalan insanları xilas edən robotun prototipini qurmağa çalışıblar. Rüfət Əzizov bildirib ki, bu cür praktiki metodla tələbələrin canlı emosiyaları, real ünsiyyət qabiliyyəti, real planlama vərdişləri, idarəetmə bacarığı, komanda ilə birgə problemi həll etmə imkanları üzə çıxır və bu cür yanaşma nəticəsində tələbələr səhvlərini daha aydın görə və nəticə çıxara bilirlər.

Məlumat üçün bildirək ki, Bakı Ali Neft Məktəbinin (BANM) Cenevrə Biznes Məktəbi (GBS) ilə Neft və Qaz Menecmenti üzrə birgə MBA proqramı barədə Əməkdaşlıq Razılaşması 2019-cu ilin aprelində imzalanıb. Razılaşmanın məqsədi Beynəlxalq Biznes Məktəbləri (IBS) vasitəsi ilə GBS və BANM arasında tədris və akademik sahələrdə tərəfdaşlıqdır.

Dekabrda qeyriiş günlərinin sayı açıqlandı like
  • 05 Noy 13:06  
Digərləri Dekabrda qeyriiş günlərinin sayı açıqlandı

Dekabrın 23-ü Azərbaycanda qeyri-iş günüdür.

arrow Ətraflı
Duman olacaq, külək əsəcək like
  • 05 Noy 13:03  
Digərləri Duman olacaq, külək əsəcək

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Qarabağda erməni əsgər İNTİHAR ETDİ like
  • 05 Noy 13:02  
Dünya Qarabağda erməni əsgər İNTİHAR ETDİ

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində Ermənistan o

arrow Ətraflı
4 otaqlı ev yandı like
  • 05 Noy 12:57  
Digərləri 4 otaqlı ev yandı

Sabirabadda 4 otaqlı ev yanıb.

arrow Ətraflı
Bu il BTC ilə 177 mln. bareldən artıq neft ixrac olunub like
  • 05 Noy 12:57  
Digərləri Bu il BTC ilə 177 mln. bareldən artıq neft ixrac olunub

Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac

arrow Ətraflı
Mikayıl Cabbarov: "Gələn il qeyrineft sektorunda əhəmiyyətli artım gözlənilir" like
  • 05 Noy 12:54  
Digərləri Mikayıl Cabbarov: "Gələn il qeyrineft sektorunda əhəmiyyətli artım gözlənilir"

Gələn il neft-qaz sənayesi ilə yanaşı, qeyri-neft sektorunda da əhəmiyy

arrow Ətraflı
Hakimiyyətin inqilabı, müxalifətin məzlum etirafı. like
  • 05 Noy 12:53  
Siyasət Hakimiyyətin inqilabı, müxalifətin məzlum etirafı.

Ölkədə sosial və siyasi inqilab gerçəkləşr. Yaşananları, sadəcə, &q

arrow Ətraflı
Seçki təlaşı: İlqar Məmmədov like
  • 05 Noy 12:49  
Siyasət Seçki təlaşı: İlqar Məmmədov

"ReAl Məclisinin dünənki qərarına görə ReAl-ın hazırki idarəetmə

arrow Ətraflı
Bakıda avtomobilin vurduğu 38 yaşlı kişinin vəziyyəti ağırdır like
  • 05 Noy 12:48  
Digərləri Bakıda avtomobilin vurduğu 38 yaşlı kişinin vəziyyəti ağırdır

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
Zaqatalada it sahibini qapdı like
  • 05 Noy 12:44  
Digərləri Zaqatalada it sahibini qapdı

Zaqatalada it sahibini dişləyib.  

arrow Ətraflı
Sabah 20 dərəcə isti olacaq like
  • 05 Noy 12:43  
Digərləri Sabah 20 dərəcə isti olacaq

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı