Bu il BTC ilə 177 mln. bareldən artıq neft ixrac olunub


Digərləri 05 Noy 2019 12:57:00 229 0

Bu il BTC ilə 177 mln. bareldən artıq neft ixrac olunub

Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri üzrə əməliyyat xərclərinə təqribən 95 mln. ABŞ dolları, əsaslı xərclərə isə təqribən 25 mln. dollar xərclənib.

Bakı. Bu ilin yanvar-sentyabr ayları ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri üzrə əməliyyat xərclərinə təqribən 95 mln. ABŞ dolları, əsaslı xərclərə isə təqribən 25 mln. dollar xərclənib. Trend-in məlumatına görə, bu barədə yataqlar blokunun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə yaydığı hesabatda qeyd edilib. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2019-cu ilin üçüncü rübünün sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 440 mln. ton (3,3 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 4 307 tankerə yüklənərək dünya bazarlarına göndərilib. Birinci üç rüb ərzində isə BTC vasitəsilə təqribən 24 mln. ton (177 mln. bareldən artıq) xam neft ixrac olunub və bu neft Ceyhanda 222 tankerə yüklənib.