Zaqatalada it sahibini qapdı


Digərləri 05 Noy 2019 12:44:00 325 0

Zaqatalada it sahibini qapdı

Zaqatalada it sahibini dişləyib.  

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Höytala kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Gülnarə Abdulhəmid qızı Əhmədova yaşadığı ünvanda öz itinin hücumuna məruz qalıb.

Xəsarət alan G.Əhmədovaya Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Qadın əməliyyat olunub və ona quduzluq əleyhinə qarşı peyvənd vurulub.