Bakıda avtomobilin vurduğu 38 yaşlı kişinin vəziyyəti ağırdır


Digərləri 05 Noy 2019 12:48:00 314 0

Bakıda avtomobilin vurduğu 38 yaşlı kişinin vəziyyəti ağırdır

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəza Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən piyadanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs, 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Mərkəzdən Trend-ə verilən məlumata görə, o, 1981-ci il təvəllüdlü Valehov Baxşehiş Yarqoca oğludur. Ona çanaq sümüyünün və qabırğaların sınığı diaqnozu qoyulub. B.Valehov reanimasiya şöbəsində müalicəsini davam etdirir.