Film üçün xüsusi avtomobil istehsal olundu


Digərləri 05 Noy 2019 12:07:00 333 0

Film üçün xüsusi avtomobil istehsal olundu

Sırf Hollivud filmi üçün istehsal olunan avtomobil görünüşü ilə heyran qoyur.

Son.az xarici mətbuata istinadla xəbər verir ki, Latviyanın avtomobil istehsalçı şirkəti olan Dartz cəmi bir dəfə sürülmək üçün nəqliyyat vasitəsi hazırlayıb.

Görünüşünə görə "Hummer"ə bənzəyən avtomobilin bir neçə yerində kəllə sümüyü dizaynından istifadə olunub.

Şirkət avtomobili hansı film üçün istehsal etdiklərini açıqlamır. Lakin bildirilib ki, sözügedən avtomobili qısa zamanda məşhur filmlərin birində görmək mümkün olacaq.

1000 at gücünə sahib olan avtomobilin içərisi timsah dərisindəndir.

(adsgarden = window.adsgarden || []).push({});