Samir Şərifov: "2020ci ildə Azərbaycanın dövlət büdcəsində sosial təminatla bağlı əhəmiyyətli artım olacaq"


Digərləri 05 Noy 2019 12:08:51 323 0

Samir Şərifov: "2020ci ildə Azərbaycanın dövlət büdcəsində sosial təminatla bağlı əhəmiyyətli artım olacaq"

Əhalinin sosial təminatının yaxşılaşdırılması ilə əlaqədar Prezident İlham Əliyev tərəfindən bir sıra mühüm addımlar atılıb. Bu işlər 2020-ci ildə də davam etdiriləcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Maliyyə naziri Samir Şərifov noyabrın 5-də Milli Məclisdə 2020-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, növbəti ildə büdcədə sosial təminatla bağlı əhəmiyyətli artım olacaq. 2020-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlar da daxil olmaqla, əməkhaqlarının artımı gözlənilir.