Günün ikinci yarısından hava əsasən yağmursuz keçəcək


Digərləri 05 Noy 2019 11:51:00 179 0

Günün ikinci yarısından hava əsasən yağmursuz keçəcək

Noyabrın 4-ü gün ərzində, 5-i səhərədək əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Lənkəran-Astara zonasında, Bakıda və Abşeron yarımadasında yağış yağıb.

Bakı. İlhamə İsabalayeva - Noyabrın 4-ü gün ərzində, 5-i səhərədək əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin Lənkəran-Astara zonasında, Bakıda və Abşeron yarımadasında yağış yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 5-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Noyabrın 6-da ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. (adsgarden = window.adsgarden || []).push({}); Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi üstünlük təşkil edəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin