Bakıda avtomobilin vurduğu 38 yaşlı kişinin vəziyyəti ağırdır


Digərləri 05 Noy 2019 11:30:00 225 0

Bakıda avtomobilin vurduğu 38 yaşlı kişinin vəziyyəti ağırdır

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Ceyhun Ələkbərov - Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Trend-in məlumatına görə, qəza Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb. Minik avtomobili yolu keçmək istəyən piyadanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan şəxs, 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Mərkəzdən Trend-ə verilən məlumata görə, o, 1981-ci il təvəllüdlü Valehov Baxşehiş Yarqoca oğludur. Ona çanaq sümüyünün və qabırğaların sınığı diaqnozu qoyulub. B.Valehov reanimasiya şöbəsində müalicəsini davam etdirir. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin