İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb (FOTO)


Digərləri 05 Noy 2019 11:35:00 218 0

İrandan Azərbaycana narkotik gətirilməsinin qarşısı alınıb (FOTO)

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bakı. Samir Əli - Noyabrın 3-də saat 07:30 radələrində Astara şə­həri ya­xınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisin­də İrandan Azərbaycan istiqa­mə­tin­də döv­lət sərhədini pozaraq ölkə ərazi­sinə nar­ko­tik mad­də gətirən bir nəfər naməlum şəxs həmin ərazidə xid­mət aparan sərhəd naryadı tərəfindən aşkar edilib. Dövlət Sərhəd Xidmətindən Trend-ə verilən məlumata görə, sər­həd­çi­lə­rin qanuni tələblərinə əməl etməyən sərhəd pozucu­sunun təqibi za­manı o, əlindəki çantanı ataraq relyefin mürək­kəbliyindən is­tifadə edərək İran istiqamətində geri qaçıb. Hadisə yerinə baxış zamanı sərhəd pozucusunun yerə atdığı çantada qa­nunsuz yolla Azərbaycan ərazisinə keçirilən külli miqdarda nar­ko­tik va­sitə olan 12 kq 730 qram “Kakos”, 7945 ədəd “Metadon 40” psixotrop maddə və bir ədəd so­yuq silah (xəncər) aşkar edilərək götürülüb. (adsgarden = window.adsgarden || []).push({}); Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin