Sabunçu və Binəqədidə iki ev yanıb


Digərləri 05 Noy 2019 11:13:00 207 0

Sabunçu və Binəqədidə iki ev yanıb

Bakının Sabunçu və Binəqədi rayonlarında yanğınlar olub.

Bakı. Bakının Sabunçu və Binəqədi rayonlarında yanğınlar olub. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu rayonunda ümumi sahəsi 140 m² olan birmərtəbəli 5 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 130 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Binəqədi rayonunda isə ümumi sahəsi 97 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. (adsgarden = window.adsgarden || []).push({}); Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin