KİV nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirilib (FOTO)


Digərləri 05 Noy 2019 11:18:00 223 0

KİV nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirilib (FOTO)

Maliyyə Bazarlarına Nəzarət Palatası “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə birgə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirib.

Bakı. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası “MasterCard Worldwide” beynəlxalq kart təşkilatı ilə birgə kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirib. Trend-in məlumatına görə, seminarda “MasterCard Worldwide” təşkilatının ekspertləri Mithat Perkoz və Murat Durmaz təmsil etdikləri şirkətin rəqəmsal ödənişlər və innovativ texnologiyalar sahəsində rolu, ödəniş kartları, rəqəmsal ödənişlərin üstünlükləri və rəqəmsal ödənişlərdə təhlükəsizlik, həmçinin rəqəmsal dünyada innovativ həllər, yeni təşəbbüslər haqqında təqdimatlar edib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. İnteraktiv formada keçən seminarda müxtəlif kütləvi informasiya vasitələrini təmsil edən 25-ə yaxın media nümayəndəsi iştirak edib. Seminarın sonunda KİV nümayəndələrinə sertifikatlar verilib və xatirə şəkli çəkilib.