İranda bu xəbərləri yazmaq qadağan edilir - Jurnalist həbs oluna bilər


Digərləri 05 Noy 2019 10:50:00 283 0

İranda bu xəbərləri yazmaq qadağan edilir - Jurnalist həbs oluna bilər

İranda müttəhim şəxslərin etiraflarını yayan media nümayəndələri 6 aydan 3 ilədək həbs olunacaq.

Bakı. Elnur Bağışov - İranda müttəhim şəxslərin etiraflarını yayan media nümayəndələri 6 aydan 3 ilədək həbs olunacaq. Trend-in məlumatına görə, bunu İran Parlamentinin deputatı Mahmud Sadeqi "Twitter" səhifəsində bildirib. M.Sadeqinin sözlərinə görə, bu gün İran Parlamentinə müttəhimlərin etirafının yazılması və mediada yayılması ilə bağlı qadağa layihəsi daxil olub. (adsgarden = window.adsgarden || []).push({}); Deputat bildirib ki, layihə təsdiqlənərsə, belə məlumatları yayan KİV nümayəndələri həbsdən əlavə, müttəhimlərdən üzr istəməli də olacaqlar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin