Qonşu ölkədə ət istehsalı azalıb
Dünya 05 Noy 2019 10:36:00 284 0
Bu ilin yayında İranda qırmızı ət istehsalı ötən ilin analoji dövrü ilə müqayisədə 22% azalıb.
Son.az Trend-ə istinadən xəbər verir ki, bu, İranın Statistika Mərkəzinin hesabatında qeyd olunub.
Hesabata əsasən, qoyun ətinin istehsalı 21%, keçi əti 26%, mal əti 23% azalıb.
Hesabatda bildirilir ki, ümumilikdə bu yay dövlət qeydiyyatına alınmış sallaqxanalarda kəsilən heyvan əti 77 min ton olub.
Mənbə: milli.az