RostovBakı mikroavtobusu qəzaya uğradı:


Digərləri 05 Noy 2019 09:57:00 239 0

RostovBakı mikroavtobusu qəzaya uğradı:

Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, qəza nəticəsində 7 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd edilir.

Qəza Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində baş verib.

Məlumata görə, yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Xəsarət alanların hamısının Azərbaycan vətəndaşları olduğu bildirilir.

Qəzanın hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələ məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.