Bakıda bazar yaxınlığında AVTOBUSLAR TOQQUŞDU:


Digərləri 05 Noy 2019 09:46:00 282 0

Bakıda bazar yaxınlığında AVTOBUSLAR TOQQUŞDU:

Bakının Nizami rayonunda - "8-ci kilometr" bazarının yanında iki marşrut avtobusunun toqquşması nəticəsində 8 nəfər xəsarət alıb.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə barədə təcili tibbi yardıma çağırış saat 22:20-də məlumat daxil olub. Hadisə yerinə 5 briqada göndərilib:

"Ümumilikdə 8 nəfər hospitalizə olunub. Onların 4-ü kişi, 4-ü qadındır. 1 qadın burun sümüyünün sınığı diaqnozu ilə Kliniki Tibbbi Mərkəzə, digər 7 nəfər isə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb".