Rostov-Bakı mikroavtobusu qəzaya uğradı - Yaralılar var


Digərləri 05 Noy 2019 09:46:00 211 0

Rostov-Bakı mikroavtobusu qəzaya uğradı - Yaralılar var

Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb.

Bakı. Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu qəzaya uğrayıb. Trend-in məlumatına görə, qəza nəticəsində 7 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd edilir. Qəza Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində baş verib. Məlumata görə, yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Xəsarət alanların hamısının Azərbaycan vətəndaşları olduğu bildirilir. (adsgarden = window.adsgarden || []).push({}); Qəzanın hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələ məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin