Tonqa sahillərində zəlzələ baş verib


Dünya 05 Noy 2019 08:43:00 241 0

Tonqa sahillərində zəlzələ baş verib

Bazar ertəsi günü sakit okeanın Tonga krallığı sahillərində 6.9 bal gücündə zəlzələ qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ geoloji xidməti məlumat yayıb. Zəlzələlərin episentri Vavau adasında yerləşən Neiafu şəhərindən 131 kilometr məsafədə yerləşib.

Şəhərin əhalisi 4,3 min nəfərə yaxındır. Zəlzələnin ocaqı təxminən 10 kilometr dərinlikdə yerləşirdi.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.