Kanadada naməlum şəxs ticarət mərkəzinin yaxınlığında bir nəfəri öldürüb


Dünya 05 Noy 2019 08:53:00 292 0

Kanadada naməlum şəxs ticarət mərkəzinin yaxınlığında bir nəfəri öldürüb

Kanadanın Ontario vilayətinin Etobiko şəhərində ticarət mərkəzinin yanında naməlum bir şəxs tərəfindən edilən atəş nəticəsində bir nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə günortadan sonra baş verib. Şahidlərin dediyinə görə, naməlum şəxs avtomobil ilə ticarət mərkəzinə qədər sürüb, sonra avtomobildən çıxaraq mağazanın yanında dayanan kişiyə atəş açıb. Qurbanına bir neçə dəfə atəş açaraq cinayətkar avtomobildə qaçıb. Zərərçəkən xəstəxanaya aparılıb, orada aldığı xəsarətlərdən ölüb. Onun kimliyi açıqlanmır.

Axtarış davam edir, digər məlumatlar hələ bildirilməyib.