Çilidə 5,2 bal gücündə zəlzələ qeydə alınıb


Dünya 05 Noy 2019 08:23:00 269 0

Çilidə 5,2 bal gücündə zəlzələ qeydə alınıb

Çilinin ərazisində 5,2 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Avro-Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri ölkənin paytaxtı Santiaqodan 183 kilometr şimalda, demək olar ki 5 milyon əhalisi olan şəhərdə baş verib. Ocaqın dərinliyi təxminən 40 kilometr yerin altında olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.