Çinin gəmi əleyhinə raketləri: Hərbi Dəniz Qüvvələrimiz üçün


Digərləri 05 Noy 2019 08:25:00 224 0

Çinin gəmi əleyhinə raketləri: Hərbi Dəniz Qüvvələrimiz üçün

SSRİ ilə Çin Xalq Respublikası arasında münasibətlərin normallaşmasından əvvəl, 80-ci illərin sonlarında ölkələr arasında praktiki olaraq hərbi-texniki əməkdaşlıq mövcud deyildi. Bu isə Çin ilə ABŞ və digər Qərb ölkələrinin mövqelərinin yaxınlaşmasına imkan verirdi. Nəticədə, Tiananmen meydanında nümayişlərin dayandırılmasından sonrakı qısa bir müddət ərzində çinlilər bəzi Qərb silahları və texnologiyalarını əldə etmək imkanı qazandılar. Leqal əldə olunmayan bəzi detallar isə Çin kəşfiyyatı tərəfindən əldə edilirdi. Çin yeni silah nümunələrini və ya onların ayrı-ayrı hissələrini hazırlayarkən heç vaxt müəllif hüququ və ya lisenziya qanunauyğunluğu məsələlərinə ciddi diqqət yetirmirdi. Son.az chip.az-a istinadən bildirir ki, 80-90-cı illərdə Qərb texnologiyasına çıxış nəticəsində Çin Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri xüsusiyyətlərinə görə fransız və amerikan modellərinə yaxın olan bir sıra raketləri silahlanmasına qəbul etdi. YJ-8 80-ci illərin ikinci yarısında Çində YJ-8 (S-801) gəmi əleyhinə raketlərin kütləvi istehsalına başlanıldı. 1987-ci ildən etibarən YJ-8 raketləri, modernləşdirilən 053H2 layihəli Çin freqatlarına yerləşdirilərək xidmətə başladı. Görünüşünə görə bu raketlər əvvəlkilərdən çox fərqlənirdi, təyyarə formasını xatırladırdı. Çinin YJ-8 gəmi əleyhinə raketləri kütləsi, ölçüsü və döyüş xüsusiyyətlərinə görə Fransanın "Exocet" gəmi əleyhinə raketinə daha çox bənzəyirdi. YJ-8 (C-801) gəmi əleyhinə raketlərin kütləvi istehsalının yaradılması və istifadəyə verilməsi Çin hərbi elmi və sənayesinin böyük uğuru hesab edilir. Bu raket Çin Hərbi Dəniz Qüvvələrinin silahlanmasına Fransanın "Exocet" raketinin qəbulundan 9 il sonra qəbul edildi. Çin YJ-8 raketi də sərt yanacaqlı mühərrikdən istifadə edirdi və onun uçuş məsafəsi 40 km-dən çox idi. JH-7 və H-6 təyyarələrini təchiz etmək üçün hazırlanan aviasiya versiyası YJ-8K təyinatını aldı. Göyərtə üzərindəki atıcı konteynerlərdə yerləşdirilən gəmi əleyhinə raketlərin silahlanmaya daxil edilməsindən bir neçə il sonra, sualtı qayıqlardakı torpedo qurğularından buraxıla bilən və qatlanan qanadlara malik YJ-8Q raketi sınaqdan keçirildi və arsenala qəbul edildi. YJ-8 raketlərinin bütün versiyaları aktiv impulslu özütuşlanan başlığa malikdir. Trayektoriyanın marş hissəsində uçuş 20-30 metr yüksəklikdə baş verir, hədəfə yaxınlaşdıqda isə raket 5-7 metr yüksəkliyə qədər enir. Raket hücum edən gəmiyə dəniz səviyyəsində zərbə endirə bilir. KD-88 YJ-8 bazasında aktiv radiolokasiyalı özütuşlanan başlıqlarla yanaşı, müxtəlif hədəflərin məhv edilməsi üçün termal, yarıaktiv radiolokasiyalı və ya televizor tuşlamalı sistemə malik digər variantlar da yaradıldı. KD-88 aviasiya raketində televizor və infraqırmızı özütuşlanan başlıqların birləşdirilən versiyası tətbiq edilir. YJ-81 Sonradan YJ-8 gəmi əleyhinə raketlərin dizaynı digər daha inkişaf etmiş Çin raketləri üçün baza oldu. Təkmilləşdirilən sərt yanacaqlı YJ-81 raketləri 60 km-dən uzaq məsafədəki hədəfləri məhv etmək imkanı əldə etdi. YJ-82 Bununla birlikdə sərt yanacaqlı reaktiv mühərriklər, bir çox üstünlüklərinə baxmayaraq, uzaq uçuş məsafəsini təmin edə bilmir. Buna görə turboreaktiv mühərrikə malik YJ-82 (C-802) raketi yaradıldı. Raketin kütləsi və gövdə diametri bir qədər artdı. YJ-82-nin buraxılması ayrılan sərt yanacaqlı start gücləndiricisinin köməyi ilə baş verir. YJ-82 raketinin YJ-81 ilə müqayisədə uçuş məsafəsi iki dəfə artdı. Raketdə daha inkişaf etmiş idarəetmə sistemi quraşdırılır. Dəniz səthinin vəziyyətindən asılı olaraq marşda uçuş hündürlüyü 10-20 metrə endirilir. Hədəfdən bir neçə kilometr məsafədə hündürlük 3-5 metrə qədər azalır. 165 kq kütləyə malik zirehdələn-fuqas döyüş başlığı esmines sinifindən olan döyüş gəmilərinə belə ciddi ziyan vura bilər. Xarakteristikalarına görə, YJ-82 raketləri ABŞ-ın RGM-84 "Harpoon" raketinə bənzəyir, lakin Çin raketi sələfindən 17 il sonra meydana çıxıb. YJ-83 İlk dəfə 1999-cu ildə geniş ictimaiyyətə nümayiş olunan J-83 (C-803) daha mükəmməl bir nümunə oldu. Bu raketdə daha səmərəli qənaətcil turboreaktiv mühərrikin istifadəsi atəş məsafəsini 180 km-ə, aviasiya platformalı KD-88 raketində isə 250 km-ə qədər artırmağa imkan verdi. Raketin döyüş başlığının kütləsi 185 kq-a qədər artırıldı. Çin mənbələrinə görə, aktiv və passiv müdaxilələrə qarşı müqaviməti və hədəfi məhvetmə ehtimalını artırmaq üçün hazırlanan YJ-83 gəmi əleyhinə raketdə geniş darama sahəsinə malik və maneədən qorunan radiolokasiyalı özütuşlanan tuşlama başlığından istifadə edilir. Marş hissəsində ətalətli sistemlə yanaşı peyk naviqasiyasından istifadə edilir, uçuş hündürlüyünə isə lazer altimetr tərəfindən nəzarət olunur. Çin mənbələri hədəfə zərbədən qısa müddət əvvəl raketin səsdən yüksək sürət əldə etdiyini iddia edir, lakin YJ-83 başlığının görünüşü bu barədə bəzi şübhələrə səbəb ola bilər. YJ-8 ailəsinin raketləri Çin HDQ-nin sualtı qayıqlarında, esmineslərində, freqatlarında, raket gəmilərində, JH-7 və H-6 bombardmançılarında, J-15, J-10 və JF-17 qırıcılarında və Y-8J patrul təyyarələrində geniş istifadə edildi. YJ-8 və YJ-82 raketləri həm də Əlcəzair, Şimali Koreya, İran, İndoneziya, Myanma, Tailand, Pakistan və Suriya silahlı qüvvələrinə ixrac edildi. Çin mütəxəssislərinin köməyi ilə İranda "Nur" adı ilə YJ-82 gəmi əleyhinə raketlərin istehsalına başlanıb. YJ-7 Görünüşünə görə 80-ci illərdə Qərb ölkələri ilə yaxınlaşmadan təsirlənən digər bir gəmi əleyhinə raket YJ-7 (C-701) versiyası oldu. Yerüstü hədəfləri taktiki və göyərtə aviasiyası tərəfindən məhv etmək üçün hazırlanan bu yüngül gəmi əleyhinə raketlər, ABŞ-ın AGM-65 "Maverick" aviasiya raketini təkrarlayır. Lakin ABŞ prototipindən fərqli olaraq, Çin raketi helikopter və təyyarələrdən əlavə, yüngül gəmilərə və avtomobil şassilərinə quraşdırılan daşınan atıcı qurğulardan da istifadə edilə bilər. Start kütləsi 117 kq və uçuş məsafəsi 25 km olan infraqırmızı tuşlama ba

(adsgarden = window.adsgarden || []).push({});