Azərbaycana səfər edən britaniyalı turistlərin sayı 23 faiz artıb


Digərləri 05 Noy 2019 08:25:27 259 0

Azərbaycana səfər edən britaniyalı turistlərin sayı 23 faiz artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana Böyük Britaniyadan 32 min turist səfər edib.

Bakı. İlhamə İsabalayeva - Bu ilin yanvar-oktyabr aylarında Azərbaycana Böyük Britaniyadan 32 min turist səfər edib. Trend-in məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib. Onun sözlərinə görə, Azərbaycana səfər edən böyük britaniyalı turistlərin sayı ötən ilin eyni dövrünə nisbətdə 23.5 % artıb. Qeyd edək ki, 2019-cu il ərzində ötən illə müqayisədə ölkəmizə səfər edənlərin sayında 10.9 % artım müşahidə olunur. Hazırda Azərbaycan nümayəndə heyəti Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Londonda keçirilən "Dünya Səyahət Bazarı" ("World Travel Market") sərgisində iştirak edir. 4-6 noyabr tarixlərində keçirilən sərgidə Azərbaycan 12 turizm şirkəti ilə təmsil olunur.