Dünya smartfonlar bazarı son iki ildə ilk dəfə artım nümayiş etdirib


Digərləri 05 Noy 2019 08:11:00 264 0

Dünya smartfonlar bazarı son iki ildə ilk dəfə artım nümayiş etdirib

"Canalys" şirkəti bu ilin üçüncü rübü üçün dünya smartfonlar bazarında tədqiqata yekun vuraraq sahənin son iki ildə ilk dəfə müsbət dinamika nümayiş etdirməsini açıqlayıb.

Son.az ictnews.az-a istinadən bildirir ki, iyul-sentyabrda dünya bazarında 352,4 milyon smartfon satılıb. Bu, tədarük həcminin 348,9 milyona bərabər olduğu 2018-ci ilin üçüncü rübünün nəticəsi ilə müqayisədə 1 faiz çoxdur.

Lider mövqeyi Cənubi Koreya nəhəngi "Samsung" tutub. Ötən rübdə şirkət 78,9 milyon smartfon tədarük etməklə sahədə 22,4 faiz paya sahib çıxıb. İl ərzində "Samsung" qurğularına tələbat 11 faiz yüksəlib.

İkinci yerdə 66,8 milyon satılmış qurğu və 19,0 faiz payla Çinin "Huawei" şirkəti qərarlaşıb. İllik hesablamada şirkətin smartfon tədarükü ABŞ tərəfindən tətbiq edilən sanksiyalara baxmayaraq 29 faiz artıb.

Üçüncü pillədə 43,5 milyon smartfon satan və 12,3 faiz paya sahib "Apple" şirkəti yer alıb. Lakin ötən ilin üçüncü rübü ilə müqayisədə "iPhone" modellərinə tələbat 7 faiz azalıb.

(adsgarden = window.adsgarden || []).push({});