Yeni “iPhone” smartfonları ilk dəfə “Qualcomm 5G” çipi ilə təchiz ediləcək


Digərləri 05 Noy 2019 07:41:00 218 0

Yeni “iPhone” smartfonları ilk dəfə “Qualcomm 5G” çipi ilə təchiz ediləcək

"Apple" korporasiyası tərəfindən 2020-ci ildə təqdim ediləcək "iPhone" smartfonu "Qualcomm" şirkətinin "5G" çipi ilə təchiz ediləcək. Bu, hələ ki, bazarda ən qabaqcıl həldir. Bu haqda "Nikkei" nəşri məlumat verib.

Son.az ictnews.az-a istinadən bildirir ki, "Qualcomm X55" modemində maksimum daxilolma sürəti 7 QB/s, çıxan sürət isə 3 QB/s təşkil edir. Məlumata görə, çip "Apple" korporasiyasının "A14 Bionic" şərti adı altında yeni prosessoru ilə əlaqəli işləyəcək. Platformanın özəlliyi odur ki, 5 nanometr texnoloji proses üzrə işlənib hazırlanacaq.

ABŞ şirkəti gələcəkdə böyük ehtimalla özü modem hazırlayacaq. "Apple"ın 2020-ci ilin sentyabrından 2020-ci ilin sonunadək 80 milyon qurğu satmağı planlaşdırdığı məlumdur.

(adsgarden = window.adsgarden || []).push({});