Qazaxda xeyli sursat aşkarlanıb FOTO


Digərləri 05 Noy 2019 07:45:00 250 0

Qazaxda xeyli sursat aşkarlanıb  FOTO

Qazax rayonunun Fərəhli kəndi ərazisində xeyli sayda döyüş sursatının tapılması barədə məlumat daxil olub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Son.az-a verilən məlumata görə, bu barədə Dövlət Sərhəd Xidmətindən bildirilib.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 3 ədəd əl qumbarası (2 ədəd F-1 və 1 ədəd RQ-42), 18 ədəd müxtəlif çaplı patron və 1 ədəd boş avtomat darağı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

(adsgarden = window.adsgarden || []).push({});