Sumqayıtda top mərmisi tapılıb FOTO


Digərləri 05 Noy 2019 07:35:00 265 0

Sumqayıtda top mərmisi tapılıb  FOTO

Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən Son.az-a verilən məlumata görə, bu barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən bildirilib.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib və qeyd olunmuş ərazidə dəniz sahilinə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində partlayıcı maddə olmayan 85 mm-lik top mərmisi (O-365) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

(adsgarden = window.adsgarden || []).push({});