Bulqakovun evmuzeyi Kiyevdəki ən qeyriadi evlərdən biridir FOTO


Digərləri 04 Noy 2019 23:34:00 290 0

Bulqakovun evmuzeyi Kiyevdəki ən qeyriadi evlərdən biridir  FOTO

Mixail Bulqakovun Kiyevdəki Andreyev enişində yerləşən ev-muzeyi haqlı olaraq Ukraynada ən maraqlı, ən məşhur və qeyri-adi yerlərdən biri sayıla bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu evdə 1989-cu ildən fəaliyyət göstərən və dünyanın iyirmi ən yaxşı ədəbiyyat muzeyi sırasına daxil edilmiş muzeyin ekspozisiyasına yazıçının həyat və yaradıcılığı ilə bağlı 2500 eksponat daxildir.

Muzeydə Bulqakovun şəxsi əşyalarına tamaşa etmək, yazıçının həyatının Kiyev dövrü ilə bağlı əhvalatlar eşitmək olar. Bu hadisələr yazıçının "Ağ qvardiya" romanı ilə səsləşir.

Andreyev enişindəki 13 nömrəli bina 1889-cu ildə Kiyevin varlı tacirlərindən birinin xanımı üçün inşa edilib. Bulqakovlar ailəsi düz 13 il - 1906-cı ildən 1919-cu ilə qədər bu binada yaşayıb. Ailədə yeddi uşaq olub. O vaxt Bulqakovların özlərindən əlavə bu evdə daha 60-a yaxın adam yaşayıb.

Mixail Bulqakov Kiyevdə İmperator Gimnaziyasını bitirəndən sonra Kiyev Müqəddəs Vladimir Universitetinin (hazırda Şevçenko adına universitet adlanır) tibb fakültəsinə daxil olub.

1918-ci ildə bütövlükdə şəhərin həyatında, o cümlədən Mixailin həyatında mürəkkəb dövr başlanır. Bununla əlaqədar, Bulqakov özünün və ailəsinin dolanışığını təmin etmək üçün evdəki otaqlardan birini həkim kabineti kimi təchiz edərək, orada xəstələri müayinə və müalicə etməyə başlayır.

(adsgarden = window.adsgarden || []).push({});