Dil xərçəngi Səbəbləri, müalicəsi


Digərləri 04 Noy 2019 23:39:00 412 0

Dil xərçəngi  Səbəbləri, müalicəsi

Ağız boşluğu, damaq, ağız içi selikli qişanın xəstəlikləri, damaq problemləri, dodaq, ağız içi, dil xərçəngi hazırda dünyada sürətlə artıq. Dünya əhalisinin 50%-I, təxminən 4 milyarda yaxın insan ağız içi xəstəliklərə yoluxub. Ağız içinə aid xərçəng isə 15 ən geniş yayilmış onkoloji xəstəliklər siyahısındadır.

Son.az medicina.az-a istinadən xəbər verir ki, dünya alimləri bildirir ki, insanların ağız boşluğu infeksiyaları və gigiyenasına lazımi səviyyədə diqqət ayırmadıqca, problemin ciddiyətini anlamayınca vəziyyət daha da pisləşəcək.

"İnsanlar hələ də başa düşmür ki, ağız işi də digər orqanlar kimi bir orqandır və ağır xəstəlikləri insan üçün təhlükəli və ölümcül ola bilər. Ağız içində təkcə diş, karies olmur. İnkişaf etmiş ölkələrdə ağız içi xəstəliklərin öncədən profilaktikasına diqqət və vaxt ayrılır, nəinki sonradan müalicəsinə".

Avropa Birliyində stomatoloji xidmət və müalicə bahalılığına görə 3-cü yerdə durur. Diş, dil və ağız içi müalicəsi diabet və ürək-damar xəstəlikləri qədər vacibdir.

Dişləri qorumaq və profilaktika üçün saqqız, diş məcunu və məhlulların reklamından başqa birşey düşünülmür. Hansı ki, bunlar problem yaradan səbəblər deyil. İnsanlar dişləri məhv edən daha real səbəblərlə mübarizə aparmalıdır.

Dil xərçəngi yastı epitelidən ibarət olan bədxassəsi şişdir. Statistikaya əsasən, dil xərçəngi əksər hallarda kişilərdə inkişaf edir. Xəstəliyə əsasən daha yaşlı insanlarda təsadüf edilir, lakin bəzən bu xəstəlik daha cavan insanlarda da inkişaf edir. Şiş əsasən dilin böyür hissəsində, daha nadir hallarda dilin altında, kökündə və uc hissəsində inkişaf edir.

Xəstəliyin əsas yaranma səbəbləri:

- Siqaret çəkmək

- Kimyəvi yanıqlar

- Spirtli içkilərin qəbulu

- Çox isti qidaların və içkilərin daim qəbulu

- İrsiyyət.

(adsgarden = window.adsgarden || []).push({});