Həkim xəstənin burnunda kateteri unutdu 10 il sonra bütün üz sümükləri irinlədi


Digərləri 04 Noy 2019 22:44:00 255 0

Həkim xəstənin burnunda kateteri unutdu  10 il sonra bütün üz sümükləri irinlədi

Qadın 10 il əvvəl haymoritini müalicə etmək üçün şəhər xəstəxanasına müraciət edir. Qadını əməliyyat edib, irinin çıxması üçün kateter qoyurlar.

Qadın ondan sonra 2 dəfə müayinəyə getsə də, həkim kateteri görmür  və burundan düşüb itdiyini deyir.

Qadın kateterin düşmədiyini bildirsə də, həkim yenidən kateter salır.  Köhnə silikon kateter isə uzun illər xəstənin burnunda qalır.

Son.az medicina.az-a istinadən bildirir ki, kuryoz hadisə Yekaterinburqda baş verib. Qadın 10 il sonra təsadüfən dişini müalicə etdirəndə haymor cibində yad cisim və irin aşkarlanır. Qadının yuxarı dişləri o dərəcədə irinləmişdi ki, bütün dişlərini çıxarmalı oldu. 

Dərhal üz-çənə cərrahı əməliyyata alır və çox çətinliklə kateter borusunu çıxarırlar. 

(adsgarden = window.adsgarden || []).push({});