Soyuq havaların ləziz yeməkləri


Digərləri 04 Noy 2019 22:25:00 345 0

Soyuq havaların ləziz yeməkləri

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir.

Son.az Modern.az-a istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsi ilə oxucuların diqqətinə çatdırılır. Bu dəfəki maarifləndirici mövzu isə "Xəmir xörəkləri ilə bağlı nələri bilməliyik?" mövzusunda olacaq.

Azərbaycanın milli mətbəxi dedikdə ağlımıza dünyanın qədim, zəngin və ləzzətli yeməkləri ilə bol olan bir mətbəx gəlir. Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur. Əlbəttə, bu mətbəxi dəqiq araşdırmaq çox da asan deyil. Milli mətbəximiz təkcə xörəklər, onların hazırlanma texnologiyasından ibarət deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Milli mətbəximizin tarixi də elə xalqın tarixi qədər qədimdir. Kulinariyamız öz tarixi kökləri və özünəməxsusluğu ilə digər xalqların mətbəxlərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad,  tam keyfiyyətləri ilə dünyada məşhurdur.

Xəmir xörəkləri və kulinar məmulatları isə Azərbaycan mətbəxində xüsusi yer tutur. Yay mövsümündə xəmir xörəklərindən az istifadə etmək daha məqsədəuyğundur. Çünki xəmir xörəklərindən çox istifadə etdikdə insanlarda halsızlıq və  yorğunluğa səbəb olur.

Havaların soyuması ilə əlaqədar qida rasionuna müəyyən dəyişikliklər etmək olar. İnsanlar soyuq havalarda xəmir xörəklərindən daha çox istifadə edir-əsasən də xəngəl, xəşil, düşbərə, əriştə və gürzədən.  Xəmirdən hazırlanmış şorbalar soyuqdəymənin qarşısını almaq üçün geniş istifadə olunur. 

Xəmir xörəklərinin kalorisi yüksək və karbohidratla zəngin olduğu üçün normadan artıq qəbul edildikdə insan orqanizmində ciddi problemlər yarada bilər. Bu yeməklər əsasən nahara salınmalıdır ki, yeyildikdən sonra aktiv iş həyatı həzmi asanlaşdırsın. Axşam isə xəmir xörəklərinin qəbulu tövsiyə olunmur, çünki  həzm prosesi çətinləşir.

(adsgarden = window.adsgarden || []).push({});