İran təkzib etdi: İranda ABŞın konsulluq xidmətləri şöbəsi açılmayacaq


Dünya 04 Noy 2019 21:25:00 312 0

İran təkzib etdi: İranda ABŞın konsulluq xidmətləri şöbəsi açılmayacaq

İran İsveçrənin Tehrandakı səfirliyində Birləşmiş Ştatların konsulluq xidmətləri şöbəsinin yaradılması ilə bağlı xəbəri təkzib edib.

Son.az Trend-ə istinadən bildirir ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi deyib ki, belə bir şöbə yaradılmayacaq.

Qeyd edək ki, xarici KİV-də yayılan məlumata görə, İran İsveçrənin Tehrandakı səfirliyində ABŞ-ın konsulluq xidmətləri şöbəsinin yaradılmasını istəyib.