Dənizdə köməksiz qalan 2 balıqçı xilas edildi


Digərləri 04 Noy 2019 21:40:00 242 0

Dənizdə köməksiz qalan 2 balıqçı xilas edildi

Dənizdə köməksiz qalan 2 balıqçı xilas edilib.

Bu barədə Son.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərinin Corat qəsəbəsi yaxınlığında dənizdə (sahildən təxminən 1 km dənizin içinə doğru) 2 nəfərin (balıqçı) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən balıqçılar xilas edilib, qayıq isə yedəyə alınaraq sahilə gətirilib.