Sumqayıtda qadını maşın vurub


Digərləri 04 Noy 2019 21:14:00 242 0

Sumqayıtda qadını maşın vurub

Sumqayıt şəhərinin Sahil küçəsində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, noyabrın 3-də saat 9 radələrində Sumqayıt şəhərinin Sahil küçəsində şəhər sakini Tərlan Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Həcər Şəbiyevanı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.