İrandan şok qərar: İraqa səfərlər dayandırıldı


Dünya 04 Noy 2019 21:04:00 220 0

İrandan şok qərar: İraqa səfərlər dayandırıldı

Tehran İraqdakı kütləvi etirazların İrana sıçraması qorxusundan qorxaraq İraqa bütün ziyarət səfərlərini dayandırmağa qərar verib.

Son.az Aznyus.tv-yə istinadla xəbər verir ki, bu haqda qərar Tehranın İraqla sərhədi bağladıqdan sonra qəbul edilib.

İranın Xarici İşlər Nazirliyi də bəyanat yayaraq, iranlıları İraqa getməməyə çağırıb:

"Bizim üçün əsas prioritet zəvvarların təhlükəsizliyinin təmin edilməsidir; bu səbəblə və Ərbəin ziyarətindən bir neçə gün sonra və İraqdakı mövcud vəziyyəti nəzərə alaraq, biz öz əməkdaşlarımızı müqəddəs ziyarət məkanlarına göndərmirik və İraqdakı bütün iranlı əməkdaşlar ölkəyə qayıdıb.