Ayfon və Aypəd sahiblərinə xəbərdarlıq


Digərləri 04 Noy 2019 20:44:00 260 0

Ayfon və Aypəd sahiblərinə xəbərdarlıq

"Əpl" şirkəti köhnə Ayfon və Aypəd modellərinin sahiblərinə tezliklə internet və yer təyin etmə sistemlərində problemlərin yaşana biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, şirkət problemlə üzləşməmək üçün istifadəçilərinə ən son proqram təminatını quraşdırmağı tövsiyə edib. Bu, 2012-ci ildən əvvəl istehsal edilən məhsullara aid edilib.

Problemlər (GPS vaxtının dəyişdirilməsi ilə bağlı) bazar ertəsi Bakı vaxtı ilə 04:00-dan etibarən müşahidə oluna bilər.

Şirkətdən bildirilib ki, proqram təminatını yeniləməyən Ayfon-5 istifadəçiləri Əpl Stor, Ayklod, elektron poçt və brauzerə girişi itirə bilər. Çünki bu cür imkanların hər biri vaxt və tarixdən asılı rejimdə çalışır.

(adsgarden = window.adsgarden || []).push({});