Tramp Rusiya ilə münasibətləri dəyərləndirdi: "İnsanlar başa düşmürlər..."


Dünya 04 Noy 2019 20:34:00 279 0

Tramp Rusiya ilə münasibətləri dəyərləndirdi: "İnsanlar başa düşmürlər..."

ABŞ Prezidenti Donald Tramp Rusiya ilə "çox yaxşı" münasibətlərinin olduğunu bəyan edib. 

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, Tramp bunu Ağ evin Cənub çəmənliyində jurnalistlərlə danışarkən deyib.

Amerika lideri qeyd edib ki, onun Ukrayna və Çinlə münasibətləri də "çox yaxşıdır".

"İnsanlar başa düşmürlər ki, mən (digər ölkələrlə - red.) yaxşı yola getməyi bacarıram", - Tramp deyib.

ABŞ prezidenti əlavə edib ki, onun Ukraynaya dəstəyi də "çox yaxşıdır".