Şorabanı çox yeyənlərə xəbərdarlıq:


Digərləri 04 Noy 2019 20:14:00 240 0

Şorabanı çox yeyənlərə xəbərdarlıq:

Qış aylarında ən çox istifadə edilən qidalardan biri də turşu və şorabadır. İştahanı artırmaq üçün insanların əksəriyyəti yemək zamanı turşu istifadə edir Bəs bunun insan orqanizminə təhlükəsi varmı? Bəzi həkimlər çox turşu yeməyin insan üçün zərərli olduğunu bildirirlər.

Maraqlıdır, turşuların həqiqətən də insanlar üçün mənfi təsiri ola bilərmi?

Son.az bildirir ki, terapevt Həsən Məmmədovun Lent.az-a dediyinə görə, turşunun zərəri faydasından çoxdur:

"Bu qida növünün bəzi mikroblara qarşı öldürücü təsiri olsa da, ümumilikdə insan orqanizmi üçün olduqca təhlükəlidir. Çünki turşu insanlarda qan təzyiqinə, böyrək xəstəliklərinə, qaraciyərdə və digər orqanlarda problemlərə səbəb ola bilər.

Qeyd edim ki, turşu ilə tez-tez qidalanmaq qan təzyiqi çox olan insanlarda ürək döyüntüsünü artırır. Bundan başqa, turşu və şorabalarda olan duz onurğada, skelet əzələlərində və müxtəlif orqanlarda yığılaraq narahatlıqla nəticələnə bilər".

(adsgarden = window.adsgarden || []).push({});