“Expressbank”da kadr dəyişikliyi olub


Digərləri 04 Noy 2019 20:12:00 206 0

“Expressbank”da kadr dəyişikliyi olub

“Expressbank” ASC-nin Audit Komitəsi və Daxili Audit Departamentinin tərkibində dəyişiklik edilib.

Bakı. “Expressbank” ASC-nin Audit Komitəsi və Daxili Audit Departamentinin tərkibində dəyişiklik edilib. Bankdan Trend-ə verilən məlumata görə, Müşahidə Şurasının müvafiq qərarına əsasən, Daxili Audit Departmentinin direktoru Rüfət Nağıyev Audit Komitəsinin sədri vəzifəsinə təyin edilmişdir, departamentin şöbə müdiri Elsevən Səfərov və aparıcı auditoru Esmira Məmmədova isə Audit Komitəsinin üzvləri vəzifələrinə təyin olunublar. Daxili Audit Departamentinin direktor müavini Elçin Mehraliyev Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasında müvafiq attestasiyadan keçərək, müsbət rəy almış və həmin departamentin direktoru vəzifəsinə təyin edilib.