Haradan haraya: Şah fərmanı ilə tikilən altı yüz yaşlı karvansara necə tövləyə çevrildi


Digərləri 04 Noy 2019 20:09:00 52 0

Haradan haraya: Şah fərmanı ilə tikilən altı yüz yaşlı karvansara necə tövləyə çevrildi

Səngəçalda tariximizin bir parçası olan qədim bina baxımsız vəziyyətdədir. Təxminən 600 il yaşı olan bina bu gün gözdən, könüldən iraq qalıb. Vaxtilə "İpək yolu"nun üstündə yerləşən və böyük əhəmiyyət daşıyan bina bu gün tövləyə çevrilib.

Səngəçal karvansarası Bakıdan o qədər də uzaq deyil. Karvansara Bakı-Salyan yolunun 45 kilometrliyində yerləşir. Böyük tarixə malik olan tikili uzun müddətdir ki, baxımsız vəziyyətdədir.

Karvansaranın qapıları, tavanı, divarları deformasiyaya uğrayıb. Zamanında karvansara ticarət yollarında tikilib və orta əsrlərdə çox mühüm rol oynayıb. Səngəçal sakinləri deyir ki, 10-15 il əvvələ kimi karvansara restoran kimi fəaliyyət göstərib. Sonradan restoranın fəaliyyəti dayandırılıb. Karvansara restoran kimi fəaliyyət göstərdiyi zamanlar tarixi tikili bu qədər aşınmaya məruz qalmayıbmış. Oradan obyekt kimi istifadə edənlər tarixi əhəmiyyətli binaya dəyişikliklər etsələr də, öz imkanları daxilində baxırmışlar. Restoran fəaliyyətini dayandırdıqdan sonra isə bina tam baxımsız vəziyyətə düşüb. Bu gün karvansaranın qapıları çürüyüb, dağılıb, həyətini ot basıb. Ətrafda olan su ovdanlar çirkab suları ilə dolub.

Deyilənə görə, XIX əsrdə karvan yollarının əhəmiyyətini itirilməsi ilə karvansara da fəaliyyətini dayandırıb.

Son.az bildirir ki, tədqiqatçı Faiq Nəsibovun Sputnik Azərbaycan-a dediyinə görə, tikili ikimərtəbəli dördbucaqlı formada inşa edilib. Yüksək keyfiyyətlə aparılmış inşada yerli mişar daşından istifadə edilib. Binanın pəncərələri, dekor elementləri, qalın divarları, tikili quruluşu onu bir istehkama bənzədir: "Açıq tipli karvansara olduğu üçün ortasında hovuzu olan üstüaçıq həyəti var. Karvansaranın daxili düzülüşü tam şəkildə simmetrikdir. Həyət təcrid olunmuş otaqlarla əhatə olunub. Otaqların bir hissəsi tacirlər üçün nəzərdə tutulubmuş, digərlərində isə heyvanlar, mallar saxlanılıb".

F.Nəsibov əlavə edir ki, əsas fasadın mərkəzi hissəsində tağlı girişin üstündə üç kiçik otaq olub. Balaxanı adlanan bu otaqlar böyük ehtimalla karvansaranın ən hörmətli insanları üçün nəzərdə tutulub. Karavansaraya girişdən dərhal sonra sağda və solda otaqlara və ümumiyyətlə ikinci mərtəbəyə çıxmaq üçün daş pilləkənlər hörülüb.

Qeyd edək ki, binanın tikilmə tarixini şimal divarında olan kitabədən öyrənmək olar. Kitabədəki ərəb yazısında deyilir: "Böyük Sultan Xəlilullah, (Allah) onun hakimiyyətini uzatsın, bu binanı (imarəti) inşa etməyi əmr etdi, səkkiz yüz qırx üçüncü (il)".

Beləliklə, qədim yazıdan karavansaranın Şirvanşah I Xəlilullahın dövründə - 1439-1440-cı illərdə inşa edilməsi məlum olur.

(adsgarden = window.adsgarden || []).push({});
Hökməlidə avtobus piyadanı vurub öldürdü like
  • 04 Noy 20:06  
Digərləri Hökməlidə avtobus piyadanı vurub öldürdü

Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi b

arrow Ətraflı
ASALA üzvlərini məhv edən Çatlı necə öldürüldü... like
  • 04 Noy 20:04  
Dünya ASALA üzvlərini məhv edən Çatlı necə öldürüldü...

Məşhur türkiyəli, "mafiya lideri" kimi tanınan Abdulla Çatlını

arrow Ətraflı
Qazaxıstanda hayküylü cinayət işi YEKUNLAŞDI like
  • 04 Noy 20:00  
Dünya Qazaxıstanda hayküylü cinayət işi YEKUNLAŞDI

Qazaxıstanın Karaqanda rayon Məhkəməsi Yeni il gecəsi "Qədim Roma&qu

arrow Ətraflı
BDU-nun 100 illiyi LDU-da qeyd edilib (FOTO) like
  • 04 Noy 20:00  
Digərləri BDU-nun 100 illiyi LDU-da qeyd edilib (FOTO)

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar Lənkər

arrow Ətraflı
Bakıda daha iki marşrut xəttinin hərəkət istiqaməti dəyişəcək like
  • 04 Noy 19:57  
Digərləri Bakıda daha iki marşrut xəttinin hərəkət istiqaməti dəyişəcək

Bakıda təmir işi ilə əlaqədar iki marşrut xəttinin hərəkət istiqamət

arrow Ətraflı
Vilayət Eyvazovdan daha bir təyinat like
  • 04 Noy 19:54  
Digərləri Vilayət Eyvazovdan daha bir təyinat

Göygöl rayon Polis Şöbəsinin Sarısu Polis Şöbəsinə yeni rəis təyin o

arrow Ətraflı
“Qızıl Palma” mükafatçısı Bakıya gəlir like
  • 04 Noy 19:49  
Kriminal “Qızıl Palma” mükafatçısı Bakıya gəlir

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Fi

arrow Ətraflı
Dənizdə köməksiz qalan 2 balıqçı xilas edilib like
  • 04 Noy 19:46  
Digərləri Dənizdə köməksiz qalan 2 balıqçı xilas edilib

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin

arrow Ətraflı
Goranboyda piyadanı maşın vurub öldürdü like
  • 04 Noy 19:44  
Digərləri Goranboyda piyadanı maşın vurub öldürdü

Goranboy rayonunun Muzdurlar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş v

arrow Ətraflı
Bakıda daha iki marşrut xəttinin hərəkət istiqaməti dəyişəcək like
  • 04 Noy 19:39  
Digərləri Bakıda daha iki marşrut xəttinin hərəkət istiqaməti dəyişəcək

Bakıda təmir işi ilə əlaqədar iki marşrut xəttinin hərəkət istiqamət

arrow Ətraflı
Tarix İnstitutunun direktoru: "Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır" like
  • 04 Noy 19:37  
Siyasət Tarix İnstitutunun direktoru: "Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır"

İşğal altında olan Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 04 Noy 19:34  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Tarix İnstitutunun direktoru: Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır like
  • 04 Noy 19:30  
Digərləri Tarix İnstitutunun direktoru: Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır

İşğal altında olan Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır

arrow Ətraflı