BDU-nun 100 illiyi LDU-da qeyd edilib (FOTO)


Digərləri 04 Noy 2019 20:00:00 53 0

BDU-nun 100 illiyi LDU-da qeyd edilib (FOTO)

Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar Lənkəran Dövlət Universitetində (LDU) tədbir keçirilib.

Bakı. Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi ilə əlaqədar Lənkəran Dövlət Universitetində (LDU) tədbir keçirilib. Qonaqları salamlayan LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov əlamətdar yubiley münasibətilə BDU-nun bütün kollektivini, professor-müəllim, tələbə heyətini ürəkdən təbrik edib. Bildirib ki, ölkədə təhsilin və elmin inkişafına verdiyi böyük töhfələrə, Azərbaycana dəyərli ziyalılar ordusu bəxş etdiyinə görə Ümummilli Lider Heydər Əliyev Bakı Dövlət Universitetini “Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı” adlandırıb. Natiq İbrahimov bildirib ki, Lənkəran Dövlət Universiteti Nazirlər Kabinetinin 25 sentyabr 1991-ci il tarixli qərarı ilə BDU-nun Lənkəran filialı kimi açılıb, 1992-ci il 23 iyun tarixli sərəncamı ilə isə dövlət statuslu ali məktəb kimi fəaliyyətə başlayıb. O, LDU-da son illərdə görülən işlər, təhsilin yenilənməsi istiqamətində atılan addımlar barədə də qonaqlara ətraflı məlumat verib və BDU-dan gələn qonaqlara universitetdə görülən işlərlə əyani tanış olmaq imkanı yaradılıb. LDU-nun həyətində Bakı Dövlət Universitetinin 100 illk yubileyi şərəfinə xatirə olaraq dekorativ həmişəyaşıl ağaclar əkilib. BDU müəllimlərinin keçdiyi ustad dərsləri tələbələr tərəfindən maraqla qarşılanıb. Lənkəran Dövlət Universiteti ilə tanışlıq Bakı Dövlət Universitetinin 100 illiyinə həsr olunmuş konfransla davam edib. Konfransda Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bölgədə yerləşən bir universitetdə gördüklərindən məmnunluğunu ifadə edib, son illərdə görülən işləri yüksək dəyərləndirib. Elçin Babayev konfrans iştirakçılarına BDU-da başlanan yeni islahat dalğasından, görüləcək işlərdən, gələcək planlardan danışıb, ölkə başçısının, bütün xalqın BDU-ya bəslədiyi inam və etimadı doğrultmaq üçün var-gücləri ilə çalışacaqlarını deyib. (adsgarden = window.adsgarden || []).push({}); Konfransda BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə, Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev, BDU-nun LDU-da çalışan məzun və doktorantlarından universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən İdrak Əsgərov, baş müəllim Gülbəniz Qədirova çıxış ediblər. Çıxışlarda yubiley arzuları, təbrikləri dilə gətirilib, hər iki ali təhsil ocağında görülmüş işlərdən, gələcək perspektivlərdən söz açılıb. Tədbirin sonunda Natiq İbrahimov BDU-nun rektoru Elçin Babayevə kollektiv adından Lənkəranın rəmzi sayılan Xan evinin rəsmini hədiyyə edib. Elçin Babayevin hədiyyəsi isə Qarabağ xalçalarının milli ornamentləri əks edilmiş tablo olub. Sonda xatirə şəkilləri çəkilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Bakıda daha iki marşrut xəttinin hərəkət istiqaməti dəyişəcək like
  • 04 Noy 19:57  
Digərləri Bakıda daha iki marşrut xəttinin hərəkət istiqaməti dəyişəcək

Bakıda təmir işi ilə əlaqədar iki marşrut xəttinin hərəkət istiqamət

arrow Ətraflı
Vilayət Eyvazovdan daha bir təyinat like
  • 04 Noy 19:54  
Digərləri Vilayət Eyvazovdan daha bir təyinat

Göygöl rayon Polis Şöbəsinin Sarısu Polis Şöbəsinə yeni rəis təyin o

arrow Ətraflı
“Qızıl Palma” mükafatçısı Bakıya gəlir like
  • 04 Noy 19:49  
Kriminal “Qızıl Palma” mükafatçısı Bakıya gəlir

Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində 10-cu Bakı Beynəlxalq Qısa Fi

arrow Ətraflı
Dənizdə köməksiz qalan 2 balıqçı xilas edilib like
  • 04 Noy 19:46  
Digərləri Dənizdə köməksiz qalan 2 balıqçı xilas edilib

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin

arrow Ətraflı
Goranboyda piyadanı maşın vurub öldürdü like
  • 04 Noy 19:44  
Digərləri Goranboyda piyadanı maşın vurub öldürdü

Goranboy rayonunun Muzdurlar kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş v

arrow Ətraflı
Bakıda daha iki marşrut xəttinin hərəkət istiqaməti dəyişəcək like
  • 04 Noy 19:39  
Digərləri Bakıda daha iki marşrut xəttinin hərəkət istiqaməti dəyişəcək

Bakıda təmir işi ilə əlaqədar iki marşrut xəttinin hərəkət istiqamət

arrow Ətraflı
Tarix İnstitutunun direktoru: "Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır" like
  • 04 Noy 19:37  
Siyasət Tarix İnstitutunun direktoru: "Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır"

İşğal altında olan Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır

arrow Ətraflı
Azərbaycan şoubiznesi İnstagramda like
  • 04 Noy 19:34  
Şou-biznes Azərbaycan şoubiznesi İnstagramda

Tanınmış şou-biznes nümayəndələri, incəsənət adamları İnstaqram sos

arrow Ətraflı
Tarix İnstitutunun direktoru: Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır like
  • 04 Noy 19:30  
Digərləri Tarix İnstitutunun direktoru: Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır

İşğal altında olan Qarabağdakı bəzi məscidlərimizdə donuz saxlanılır

arrow Ətraflı
Biləsuvarda ikimərtəbəli ev yanıb like
  • 04 Noy 19:29  
Digərləri Biləsuvarda ikimərtəbəli ev yanıb

Biləsuvarda ikimərtəbəli, 7 otaqlı ev yanıb.

arrow Ətraflı
İran təkzib etdi: İranda ABŞ-ın konsulluq xidmətləri şöbəsi açılmayacaq like
  • 04 Noy 19:22  
Digərləri İran təkzib etdi: İranda ABŞ-ın konsulluq xidmətləri şöbəsi açılmayacaq

İran İsveçrənin Tehrandakı səfirliyində Birləşmiş Ştatların konsullu

arrow Ətraflı
“İnsanların yaxşı günündə yanında olmaq istəmirəm”  Manaf Ağayev like
  • 04 Noy 19:14  
Şou-biznes “İnsanların yaxşı günündə yanında olmaq istəmirəm” Manaf Ağayev

ARB TV-nin "Söhbət var" verilişinin növbəti qonağı müğənni

arrow Ətraflı
Milli Şura üzvünün əxlaqsızlığı like
  • 04 Noy 19:12  
Siyasət Milli Şura üzvünün əxlaqsızlığı

Son.az bildirir ki, REAL Təhlil və İnformasiya Mərkəzində "Mir Şahin

arrow Ətraflı