Hökməlidə avtobus piyadanı vurub öldürdü


Digərləri 04 Noy 2019 20:06:00 218 0

Hökməlidə avtobus piyadanı vurub öldürdü

Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Samir Əli - Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, noyabrın 3-də saat 12 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Yalçın Məlikov idarə etdiyi “İsuzu” markalı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Gülcahan Məmmədovanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Abşeron RPİ tərəfindən araşdırma aparılır. (adsgarden = window.adsgarden || []).push({}); Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin