Bakıda daha iki marşrut xəttinin hərəkət istiqaməti dəyişəcək


Digərləri 04 Noy 2019 19:57:00 234 0

Bakıda daha iki marşrut xəttinin hərəkət istiqaməti dəyişəcək

Bakıda təmir işi ilə əlaqədar iki marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, dəyişiklik Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olacaq. Bununla bağlı 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək.

3 nömrəli marşrut Parlament prospekti - İzzət Nəbiyev küçəsi - Mikayıl Müşfiq küçəsi, daha sonra öz xətti üzrə hərəkət edəcək.

31 nömrəli marşrut isə "İçərişəhər" metro stansiyası istiqamətində Badamdar şosesi - Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə, Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi - Badamdar şosesi daha sonra öz xətti üzrə işləyəcək.