Dənizdə köməksiz qalan 2 balıqçı xilas edilib


Digərləri 04 Noy 2019 19:46:00 239 0

Dənizdə köməksiz qalan 2 balıqçı xilas edilib

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən balıqçılar xilas edilib.

Bakı. Dənizdə köməksiz qalan 2 balıqçı xilas edilib. Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Sumqayıt şəhərinin Corat qəsəbəsi yaxınlığında dənizdə (sahildən təxminən 1 km dənizin içinə doğru) 2 nəfərin (balıqçı) taxta qayıqda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. (adsgarden = window.adsgarden || []).push({}); Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən balıqçılar xilas edilib, qayıq isə yedəyə alınaraq sahilə gətirilib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin