Bakıda daha iki marşrut xəttinin hərəkət istiqaməti dəyişəcək


Digərləri 04 Noy 2019 19:39:00 224 0

Bakıda daha iki marşrut xəttinin hərəkət istiqaməti dəyişəcək

Bakıda təmir işi ilə əlaqədar iki marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək.

Bakı. Samir Əli - Bakıda təmir işi ilə əlaqədar iki marşrut xəttinin hərəkət istiqaməti dəyişdiriləcək. Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, dəyişiklik Abbasqulu Abbaszadə küçəsində aparılacaq təmir işləri ilə əlaqədar olacaq. Bununla bağlı 3 və 31 nömrəli marşrutların hərəkət istiqamətləri müvəqqəti dəyişdiriləcək. 3 nömrəli marşrut Parlament prospekti – İzzət Nəbiyev küçəsi – Mikayıl Müşfiq küçəsi, daha sonra öz xətti üzrə hərəkət edəcək. (adsgarden = window.adsgarden || []).push({}); 31 nömrəli marşrut isə “İçərişəhər” metro stansiyası istiqamətində Badamdar şosesi – Mikayıl Müşfiq küçəsi daha sonra öz xətti üzrə, Badamdar qəsəbəsi istiqamətində Mikayıl Müşfiq küçəsi – Badamdar şosesi daha sonra öz xətti üzrə işləyəcək. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin