Biləsuvarda ikimərtəbəli ev yanıb


Digərləri 04 Noy 2019 19:29:00 248 0

Biləsuvarda ikimərtəbəli ev yanıb

Biləsuvarda ikimərtəbəli, 7 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Biləsuvar rayonunda ümumi sahəsi 216 m² olan ikimərtəbəli 7 otaqlı evin ikinci mərtəbəsində 2 otağın yanar konstruksiyaları və ev əşyaları 40 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.